"Bizim olanı sülhlə istədik, alınmadı silahla aldıq"-Deputat Prezidentin tarixi səfərlərindən danışdı | 1news.az | Xəbərlər
Siyasət

"Bizim olanı sülhlə istədik, alınmadı silahla aldıq"-Deputat Prezidentin tarixi səfərlərindən danışdı

15:43 - 22 / 10 / 2021
"Bizim olanı sülhlə istədik, alınmadı silahla aldıq"-Deputat Prezidentin tarixi səfərlərindən danışdı

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.

1news.az-ın məlumatına görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular ,Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər, Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak ediblər, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə və Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin Zəngilan səfəri ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyir ki, ölkə rəhbərinin bu müqəddəs torpaqlara mütəmadi səfərləri tarixi qayıdışdır:

“Hamıya məlumdur ki, biz 30 illik həsrətə 44 gündə Ali Baş Komandanın “dəmir yumruğu” və Müzəffər Azərbaycan ordusunun gücü sayəsində son qoyduq. İşğalçılıq ideologiyası qanına işləyən erməni ordusunu darmadağın edib, erməni xalqının öz ordusu haqqında ”mərdlik, yenilməzlik” mifini paramparça etdik. Bu gün Ali Baş Komandan başda olmaqla, o müqəddəs torpaqlara mütəmadi ayaq basmaq, bizim haqqımızdır. Biz haqqımız olanı edirik. Cənab Prezidentin növbəti dəfə işğaldan azad olunan ərazilərimizə getməsi tarixi gediş, tarixi qayıdışdır. Qalib sərkərdə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mütəmadi səfərləri “Qarabağın əsl sahibləri bizik” deməkdir, “Bundan sonra heç kim Qarabağa sahiblənə bilməz” deməkdir. Bu gün düşmənə göz dağı olan Qarabağımızda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri deməyə əsas verir ki, yaxın zamanda erməni terorçularının vandallıq aktı törətdikləri Qarabağ regionun cənnətinə çevriləcək. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun təkrarsız gücünü, peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını bütün dünyaya daha aydın şəkildə göstərdi. Torpaqlarımızın işğalçılardan təmizlənməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən hərbi əməliyyat olduğundan, əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan Ordusunun düşmənin belini qırdığı torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması “Biz birlikdə güclüyük” aforizmini bir daha bütün dünayay bəyan etdi. Onu deyə bilərəm ki, hazırda bizim düşmənlə heç bir işimiz yoxdur. Biz bizim olanı sülhlə istədik, alınmadığl təqdirdə də silahla aldıq. İndi Qarabağımızın yenidən dirçəlməsi, bu torpalara yeni həyatın canlanması istiqmətində mühüm işlər görülür və görüləcək də!”

Millət vəkili Vüqar Bayramov isə 1news.az-a Zəngilanın iqtisadi potensialından danışdı:

“5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaqdır.Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur. Qeyd edim ki, Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil, onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistic habına çevirəcək. Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlər sürətlənir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə gülüş və həyat yenidən qayıdacaq”.

Aytən Sakitqızı

Paylaş:
612

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər