“Füzuli Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Füzuli Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək” - Deputat

13:40 - 26 / 10 / 2021
“Füzuli Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək” - Deputat

Xəbər vediyimiz kimi, bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

1news.az-ın məlumatına görə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Hazırda Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gəlişi bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının birliyini, qırılmaz zəncir kimi möhkəmliyini bir daha bəyan edir.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanında cəmi 9 ay ərzində qurulub sınaq uçuşları həyata keçirildi:

“Bu gün rəsmi açılış mərasimi reallaşan Füzuli Beynəlxalq Hava Limanı ermənilər tamamilə dağıdılmış və xarabağılığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanın əhəmiyyətini daha da artacaq.Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcək. Əvvəlla, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər Yolu da hazırdır və bu da o deməkdir, xarici və yerli deleqasiyalar hava limanı vasitəsi ilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklər. İkincisi, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq hava limanı prosesə xüsusi töhvə vermiş olacaq”.

Millət vəkili əlavə etdi ki, Füzuli Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiya baxımından vacibdir:

“İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu əlavə 5 milyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.

Qeyd edək ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5000 kvadratmetr təşkil edir.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər