Yer kürəsində maqnit qasırğası başlayıb | 1news.az | Xəbərlər
Dünya

Yer kürəsində maqnit qasırğası başlayıb

09:26 - 01 / 11 / 2021
Yer kürəsində maqnit qasırğası başlayıb

Bazar günü günortadan sonra Yer kürəsində maqnit qasırğası aktivləşib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fizika institutunun Günəş Rentgen Astronomiyası laboratoriyasının saytında bildirilib.

Qasırğanın səviyyəsi zəif - G1 dərəcə (beş ballıq G səviyyəsi ilə ölçülən maqnit sahəsinin pozulma dərəcəsi - red. ) qiymətləndirilib.

Proqnoza görə, meteohəssas insanlar üçün diskomfort yaradan maqnit qasırğası bazar ertəsi günortaya qədər davam edəcək.

Qeyd edək ki, Yer səthində müşahidə edilən burulğan oktyabrın 28-i axşam saatlarında Günəşdə baş verən X siniflinə aid güclü partlayışın nəticəsində baş verib.

1news.az

Paylaş:
565

Son xəbərlər

Amin Novruzov vəfat etdi

05 / 09 / 2026, 13:38
Bütün xəbərlər