Peru Konqresi Azərbaycanın müstəqilliyinin bərpası ilə əlaqədar bəyanat qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Peru Konqresi Azərbaycanın müstəqilliyinin bərpası ilə əlaqədar bəyanat qəbul edib

Qafar Ağayev09:26 - 03 / 11 / 2021
Peru Konqresi Azərbaycanın müstəqilliyinin bərpası ilə əlaqədar bəyanat qəbul edib

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı bəyanat qəbul edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, sənəddə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıldığı, iki il sonra isə ADR-in bolşevik işğalına məruz qaldığı, ancaq Azərbaycan xalqının öz tarixi dövlətçilik irsini unutmadığı və 1991-ci ildə ikinci dəfə müstəqillik əldə edərək özünü ADR-in varisi elan etdiyi bildirilir və bu ilin 18 oktyabrında “qardaş ölkə Azərbaycanın öz müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi” söylənilir.

Bəyanatda Azərbaycanın 30 il ərzində öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi, habelə beynəlxalq aləmdə müxtəlif din və mədəniyyətlərin birgə yaşayışı üçün model ölkə kimi qəbul edildiyi qeyd olunur.

Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbrik ifadə edilir.

Paylaş:
503

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər