Ötən həftə dünyada koronavirusdan ölənlərin sayı 8 faiz artıb - ÜST | 1news.az | Xəbərlər
Dünya

Ötən həftə dünyada koronavirusdan ölənlərin sayı 8 faiz artıb - ÜST

12:31 - 03 / 11 / 2021
Ötən həftə dünyada koronavirusdan ölənlərin sayı 8 faiz artıb - ÜST

Son bir həftə ərzində dünyada 3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 50 mindən çox insan isə koronavirusdan ölüb.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 3 faiz, ölüm hallarının sayı isə 8 faiz artıb:

"Oktyabrın 25-dən oktyabrın 31-dək koronavirusa 3 021 634 nəfər yoluxub, 50 477 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə müvafiq olaraq 3 və 8 faiz çoxdur".

1news.az

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər