Binəli Yıldırım: “BMT tərəfindən verilən qərarlar yerinə yetirilmir” | 1news.az | Xəbərlər
Siyasət

Binəli Yıldırım: “BMT tərəfindən verilən qərarlar yerinə yetirilmir”

Qafar Ağayev13:44 - 04 / 11 / 2021
Binəli Yıldırım: “BMT tərəfindən verilən qərarlar yerinə yetirilmir”

“Biz düşünürük ki, BMT problemlərin həllini tapa bilmir, BMT-yə artıq inam itib”.

1news.az xəbər verir ki, bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıdırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda çıxış edərkən deyib.

O, bildirib ki, BMT tərəfindən verilən qərarlar yerinə yetirilmir.

“Siz qərar çıxardırsınızsa, o qərar icra olunmursa, bu qətnamənin mənası yoxdur. Bu da öz özlüyündə BMT-yə olan inamı azaldır.

O, bildirib ki, ikinci dünya müharibəsindən sonrakı dünya indiki dünya ilə uyğun gəlmir.

“ Yeni oyunçuların ortaya çıxarılmasını müşahidə edirik. Yeni oyunçular bu sistemdə səmələri rol oynamalıdır”.

Paylaş:
355

Son xəbərlər

Bütün xəbərlər