Ceyhun Bayramov: “Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməməsi ilə qarşılaşdıq”
“Biz Azərbaycan olaraq, müstəqilliyimizin ilk vaxtlarından işğala məruz qalmışdıq, Ermənistan və arasında olan münaqişənin nəticəsində Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunmuşdu”.
1news.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda çıxış edərkən deyib
“O bildirib ki, Azərbaycan 1990-cı illərdən etibarən sülh danışıqlarına çox müsbət yanaşıb.
“BMT Təhlükəsizlik Şurası tərəfindən qətnamə qəbul olunmuşdu. Bütün bu qətnamə bilavasitə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını təstiq etmişdi. Biz də BMT-nin belə qərarlar qəbul etməsinə görə təşəkkür edirik. Lakin, sonrakı 3 onillikdə qarşılaşdığımız vəziyyət tamalilə fərqli oldu. Biz artıq ölkə olaraq, sülh prosesinə səmimiyyətlə yanaşdıq, diplomatik yollardan istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışdıq. Bu danışıqlar da nəticəsiz qaldı. Bu müqişə ilə bağlı ATƏT-in Minsk Qrupu yaradılmışdı.Lakin, Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməməsi ilə qarşılaşdıq”.
C.Bayramov bildirib ki, BMT-nin qətnamələrinin icra olunmaması öz-özlüyündə BMT-yə olan etimadı azaltmışdı.
“Ümumiyyətlə BMT-yə olan etimad yox səviyyəsinə endirmişdi. Bir qətnamə 3 həftədə həllini tapdığı halda, başqa bir qətnamə illərlə həllinə tapa bilmir. Bu da BMT-yə olan inamın azalmasına gətirib çıxarır. Biz illərlə gözləsək də, Azərbaycan torpaqları sülh yolu ilə işğaldan azad olunmadı. Biz müharibə yolu ilə torpaqlarımızı işğaldan azad etdik”.