Keçmiş misirli nazir: “Dünya əhalisi 10 milyarda çatacaq və o mərhələdə daha fərqli problemlər meydana gələcək”
“İqlim dəyişikliyi kənd təsərrüfatına da ciddi təsir edir və bir sıra problemlər yaradır”.
1news.az-ın məlumatına görə bunu VIII Qlobal Bakı Forumunda "Qida və Qida Təhlükəsizliyinin Təşviqi" mövzusunda paneldə çıxış edən Beynəlxalq Quru Torpaqların İnkişafı Komissiyasının sədri, Misirin keçmiş Kənd Təsərrüfatı və Meliorasiyası naziri Adel El Beltagy deyib.
O bildirib ki, 2050-ci ildə dünya əhalisi 10 milyarda çatacaq və o mərhələdə daha fərqli problemlər meydana gələcək”.
"Naviqasiya sistemi təşkil edilməlidir ki, başqa regionlarda olan iqlim dəyişikliyi problemlərini görə və həll yolları tapa bilək. Bütün bu problemlər qida təhlükəsizliyində də çətinliklər yaradır. Nəinki qida təhlükəsizliyi, hətta qida istehsalçıları belə bir sıra problemlərlə üzləşə bilər".