Zəfər Günü ilə əlaqədar bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
8 noyabr Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinindən məlumat verilib.
Bildirilib ki, məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub:
“Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub. Həımçinin Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa 28 May küçəsi ilə müəyyənləşdirilib, eləcə də 8 Noyabr prospekti ilə Afyəddin Cəlilov 8 Noyabr proskepekti ilə hərəkət Nəcəfqulu Rəfiyev küçməsi ilə Babək prospektinə müəyyənləşdirilib".
Avtomobil sürücülərindən xahiş edirik ki, qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılır. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik”.