İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb – FOTO

S.Xankişiyeva14:30 - 06 / 11 / 2021
İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb – FOTO

İkinci Qarabağ müharibəsi, bir daha demək istəyirəm, tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır.

Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 113-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının avqustun 16-da Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdıqdan sonra söylədiyi çıxışından götürülüb. Prezident dərin məzmunlu çıxışında İkinci Qarabağ müharibəsinin erməni mifologiyasını tamamilə məhv etdiyini vurğulayaraq deyib: “Çünki uzun illər ərzində, 30 il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər.

Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah və sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”. Prezident İlham Əliyev çıxışında, həmçinin deyib ki, hazırda əsas vəzifə azad edilmiş torpaqlarda möhkəmlənmək, yenidənqurma və bərpa işləri aparmaq, keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaqdır.

Çoxcildliyin yeni kitabındakı materiallar 2021-ci ilin iyun-avqust aylarını əhatə edir.

Bu kitaba Prezident İlham Əliyevin işğaldan azad edilən Kəlbəcər, Laçın, Füzuli rayonlarına, Şuşa şəhərinə səfərləri haqqında geniş informasiyalar daxil olunub.

Dövlətimizin başçısı iyulun 22-də Daşkəsən və Goranboy rayonlarına, Naftalan şəhərinə səfər edib, bir sıra mühüm infrastruktur obyektlərinin açılış mərasimlərində iştirak edib, Daşkəsəndə Azərbaycan Televiziyasına müsahibə verib. Kitabda bununla bağlı materiallarla tanış olmaq mümkündür.

Yeni nəşrə Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlini qoyduqdan sonra Azərbaycan Televiziyasına, habelə Qarabağ Zəfəri ilə bağlı Bakıda “CNN Türk” kanalına müsahibələrinin mətnləri daxil edilib.

Oxucular 113-cü cilddə Azərbaycan Prezidentinin “Qoşulmama Hərəkatı”nın xarici işlər nazirlərinin onlayn konfransında çıxışının mətni, Türkiyə, Pakistan, ABŞ və digər dövlətlərin Bakıya gəlmiş nümayəndə heyətlərini, görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul etməsinə, dövlət başçıları ilə telefon danışıqlarına dair informasiyalarla da tanış ola bilərlər.

Çoxcildliyin yeni kitabında dövlətimizin başçısının Abşeron DOST mərkəzinin açılış mərasimində iştirakı, Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə, Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimlərində çıxışlarının mətnləri, 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin, Bakının Xətai rayonu ərazisində yeni yaradılmış “Gənclik” Parkının açılış mərasimlərində iştirakı haqqında materiallar toplanıb.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 113-cü kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Paylaş:
881

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər