Hikmət Hacıyev: “Azərbaycanın apardığı uğurlu əməliyyatın nəticəsində Ermənistan sülhə məcbur edildi” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Azərbaycanın apardığı uğurlu əməliyyatın nəticəsində Ermənistan sülhə məcbur edildi”

Qafar Ağayev09:35 - 06 / 11 / 2021
Hikmət Hacıyev: “Azərbaycanın apardığı uğurlu əməliyyatın nəticəsində Ermənistan sülhə məcbur edildi”

"Azərbaycan apardığı uğurlu əməliyyat nəticəsində Ermənistanı sülhə məcbur etdi və torpaqlarını azad etdi".

1news.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.

"Təəssüf ki, ATƏT-in Minsk qrupu tərəfindən göstərilən səylərə baxmayaraq, heç bir nəticəyə gəlinmədi. İndi Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Artıq Qarabağ Azərbaycanın daxili gündəminə salınıb və xarici məsələ deyil".

O, qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında əlaqələr yoxdur.

"Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanda əlaqəsi yaradılacaq. Azərbaycan sülh müqaviləsinin bağlanmasını təklif kimi irəli sürüb və Ermənistana təklif edib. Biz sülh müqaviləsinin bağlanmasına çox iddialıyıq".

H.Hacıyev qeyd edib ki, bir il əvvəl Cənubi Qafqaz münaqişə yeri idisə, indi burada sülhün bərqərar olmasına nail olacayıq:
"Biz Gürcüstanla əməkdaşlıq edirik, Ermənistan da bu prosesə qoşula və bundan fayda görə bilər. İşğaldan azad edilən ərazilərdə dağıntı olacağını gözləyirdim, lakin bu dərəcədə olacağını bilmirdim".

Paylaş:
343

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər