Robert Sekuta: “Bu dəyişiklik Azərbaycanı regionda söz sahibinə çevirdi” | 1news.az | Xəbərlər
Siyasət

Robert Sekuta: “Bu dəyişiklik Azərbaycanı regionda söz sahibinə çevirdi”

Qafar Ağayev11:12 - 06 / 11 / 2021
Robert Sekuta: “Bu dəyişiklik Azərbaycanı regionda söz sahibinə çevirdi”

“Ötən il Azərbaycanda baş verən hadisələr bütün dinamikanı dəyişdirdi”.

1news.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.

“Düşünürəm ki, bu dəyişiklik Azərbaycanın yenidən əzəli torpaqlarında nəzarətini bərpa etdi, regionda söz sahibinə çevirdi”.

O bildirib ki, hazırkı vəziyyət atəşkəs rejimidir, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır:

"Açıq toqquşmalar baş verəndə düşündük ki, bu heç vaxt ola bilməzdi. Amma bu situasiya ona dəlalət etdi ki, iki ölkə arasında müharibə hər məqamda baş verə bilərdi. Azərbaycanın sülh müqaviləsininin imzalanmasına meyilliliyi çox vacibdir, bu çox asan başa gəlmir. Çünki iki tərəf sülhə tam əminlik hissinə malik deyil. Biz sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik. Amma burada öz maraqlarımızı da nəzərə almalıyıq".

Robert Sekuta hesab edir ki, 30 il davam edən münaqişə Azərbaycan və Ermənistan xalqına daha çox təsir edib:

"Biz artıq yaxşı qonşuluq münasibətlərindən bəhs edirik. Azərbaycan və ermənilər daha əvvəl qarışıq nikaha gedirdilər. Amma indi gənc nəsildən söhbət etsək, belə bir ənənə yoxdur. Yaddaşda yalnız düşmənlik var. Bu da sülhün bərpa olunması üçün iki ölkə rəhbərindən müəyyən zaman tələb edir. Çünki belə başa düşürük ki, münasibətlərin bərpa edilməsində xalq ölkəyə dəstək çıxmayacaq".

Robert Sekuta Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpa olunmasını təklif edib: "Burada əyləşənlərin hamısı Azərbaycan və Ermənistan arasında körpü yaratmağın yollarını axtarmalıdır. Düşünürəm ki, ötən ilin noyabrında imzalanan bəyannamə qüvvədə qalsın, bu barədə danışıqlar aparılsın. Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq daha çox inkişaf etsin. Bu çox vacibdir. Biz bu prosesə köməklik göstərə bilərik. Düşünürük ki, ABŞ şirkətləri bu layihələrdə iştirak edə bilər. Biz də formal şəkildə Ermənistan və Azərbaycan arasında dialoqu təşəbbüs kimi irəli sürə bilərik".

Paylaş:
451

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər