“8 Noyabr” stansiyasında Zəfər Günü qeyd olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“8 Noyabr” stansiyasında Zəfər Günü qeyd olunub - FOTO

S.Xankişiyeva14:42 - 08 / 11 / 2021
“8 Noyabr” stansiyasında Zəfər Günü qeyd olunub - FOTO

Zəfər Günü və metro işçilərinin peşə bayramı günü münasibətilə metronun "8 Noyabr" stansiyasında tədbir keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə hərbi orkestrin ifasında vətənpərvərlik mahnıları səsləndirilib və milli musiqi üçlüyünün çıxışı olub. Həmçinin, mərasimə gələnlər "Bakı Metropoliteni" QSC-nin Vətən müharibəsində iştirak edən əməkdaşlarının fotolarından ibarət sərgi ilə tanış olublar.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, bu gün ən qürurverici hadisə metropolitenin sayca 26-cı stansiyasının cənab Prezidentin təşəbbüsü ilə "8 Noyabr" adlandırılmasıdır: "Bildiyiniz kimi, Bakı metropoliteni Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan günləri ("28 May", "20 Yanvar") stansiyalarının adında yaşadan bir nəqliyyat vasitəsidir. Bu səbəbdən metropoliten həm də şəhərimizin rəmzlərindən hesab olunur.

Bu gün Bakı metropoliteni tarixində ilk dəfə hərbi orkestrin ifasında canlı konsert təqdim olunur. Stansiyalar və qatarlar günün ruhuna uyğun olaraq bəzədilib".

Metropoliten rəsmisi onu da əlavə edib ki, hazırda Vətən Müharibəsində iştirak etmiş 71 nəfər bu gün Bakı Metropoliteninin əməkdaşıdır: "Bakı metropoliteninin 53 işçisi Vətən Müharibəsində iştirak edib. Qələbədən sonra isə müharibə iştirakçılarının metropolitendə işə qəbul edilməsinə xüsusi önəm verilərək, daha 18 nəfər işlə təmin olunub. İndi Bakı metropolitenində Vətən müharibəsi iştirakçılarının sayı 71 nəfərdir. Onu da qeyd etmək istəyirəm ki, müharibə iştirakçılarımızdan 2 nəfəri İkinci Qarabağ savaşı başlamazdan əvvəl metropolitenin verdiyi elan əsasında maşınist kurslarına cəlb olunmuşdu və müharibədən sonra Bakı metropoliteni onların işlə təmin edilmələrini əsas borc kimi qəbul etdi və növbəti kursa cəlb olundular. Bu gün həmin iki nəfər artıq maşınist kimi fəaliyyət göstərir".

Qeyd edək ki, gün ərzində metronun "İçərişəhər" və "28 May" stansiyalarında da tədbirlər keçiriləcək.

Paylaş:
461

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər