Paytaxtın bu məktəblərində əyani dərslər bərpa olunub - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın bu məktəblərində əyani dərslər bərpa olunub - SİYAHI

Qafar Ağayev10:41 - 10 / 11 / 2021
Paytaxtın bu məktəblərində əyani dərslər bərpa olunub - SİYAHI

Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər