İlham Əliyev İstanbulda Qırğızıstan Prezidenti ilə görüşüb – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İstanbulda Qırğızıstan Prezidenti ilə görüşüb – FOTO – YENİLƏNİB

S.Xankişiyeva11:45 - 12 / 11 / 2021
İlham Əliyev İstanbulda Qırğızıstan Prezidenti ilə görüşüb – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev dedi: Sizi görməyim çox xoşdur. Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, belə görüşlər çox olacaq. Əlamətdar haldır ki, biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir. Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim ölkələr üçün tarixi əhəmiyyət kəsb edəcək, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlər barədə söhbət etmək üçün yaxşı imkan yaradacaq.

Biz həm siyasi, həm iqtisadi, humanitar sahələr ilə bağlı məsələlərin geniş spektri barədə qarşılıqlı aktiv fəaliyyətə ümid edirik və düşünürəm ki, bütün məsələlər spektri üzrə yaxşı potensial var. Artıq xarici işlər nazirləri səviyyəsində görüşlər olub və sizin xarici işlər naziri Azərbaycana səfər edib. Buna görə düşünürəm ki, bu gün biz ölkələrimizin, xalqlarımızın rifahı naminə əlaqələrimizin tamdəyərli olması və son nəticəyə yönəlməsi üçün ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsinə yaxşı təkan verəcəyik. Sizinlə görüşməyə bir daha çox şadam.

Prezident Sadır Japarov dedi: Sağ olun. İlham Heydər oğlu, Sizi salamlayıram. Görüşümüzə, şəxsən tanış olmağımıza çox şadam. Qırğızıstan və Azərbaycan qardaş ölkələrdir. Qırğızıstanda qardaş Azərbaycan xalqının uğurlarına və nailiyyətlərinə həmişə şadıq. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan dünya arenasında beynəlxalq mövqelərini xeyli möhkəmləndirib. Ölkələrimiz arasında münasibətlər tarixin, mədəniyyətin, dilin, mənəvi və dini dəyərlərin ortaq olmasından irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında müasir dövlətlərarası münasibətlərin təməli beynəlxalq miqyaslı görkəmli şəxsiyyət, Sizin atanız Heydər Əliyev tərəfindən qoyulub. Qırğızıstanlılar Heydər Əliyevin xatirəsini ehtiramla yad edir və ölkələrimiz arasında çoxəsrlik dostluğun möhkəmlənməsinə onun tarixi töhfələrini qiymətləndirirlər.

Fürsətdən istifadə edib, bizə 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərilməsinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm.

X X X

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, investisiyalar, energetika, nəqliyyat və digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olundu.

10:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Paylaş:
674

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər