Rusiyada avtomobillər üçün texniki baxış ləğv olunur - Birinci oxunuşda qəbul edildi
Rusiyada texniki baxış adlı avtomobil müayinə mərkəzləri, uzun müddətdir tənqid olunur.
1news.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu müayinə mərkəzlərində yeni avtomobil də qüsurların aşkarlandığı və müayinə prosedurlarından haqsız qazanc əldə edildməsi ilə bağlı iddialar ölkədə geniz muzakirə olduğu üçün məsələ parlamentdə müzakirəyə çıxarılıb.
Avtomobil texniki müayinəsinin, bəzi istisnalardan başqa, tamamilə aradadan qalxması ilə bağlı qanun layihəsi Rusiya Federasiyasının parlamenti Federal məclisinin aşağı palatası olan Dövlət Dumasında ilk oxunuşda qəbul edilib.
Yeni qanun layihəsi ilə bağlı danışan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Texniki baxış mərkəzlərinin ləğv olunması çox avtomobil sahibinin işini asanlaşdıracaq.
“Söhbət 50 milyon nəqliyyat vasitəsindən gedir. Avtobuslar, yük maşınları və taksilər üçün dəyişiklik olmayacaq. Sərnişinlərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün onlar hələ də texniki baxışdan keçmək tələb olunacaqlar”.
Rusiya Baş nazirinin müavini Marat Xusnullin texniki cəhətdən nasaz avtomobil və motosikletlərin iştirakı ilə baş verən qəzaların ümumi qəzaların 1 faizini təşkil etməsini bildirib və qanun layihəsini dəstəkləyib.
Layihəyə görə, şəxsi avtomobil və motosiklet sahibləri yalnız qeydiyyata alındıqda, sahibi dəyişdirilərkən, konstruksiya dəyişdikdə, avtomobilin əsas komponenti dəyişdirilərkən və yalnız avtomobilin yaşı dörd ildən artıq olduqda texniki baxışdan keçməlidirlər. Digər hallarda, avtomobilin müntəzəm texniki baxışı məcburi olmayacaq.
Rusiyada hazırda olan qüvvədə olan qanuna görə, yaşı dörddən yuxarı olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən mütəmadi olaraq texniki baxışdan keçməlidirlər.