STP Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün maşın və qoşqu hədiyyə edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

STP Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün maşın və qoşqu hədiyyə edib – FOTO

S.Xankişiyeva11:35 - 12 / 11 / 2021
STP Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün maşın və qoşqu hədiyyə edib – FOTO

STP Şirkətlər Qrupu Qarabağ uğrunda 44 günlük müharibədə əldə etdiyimiz qələbəyə həsr olunan 8 noyabr, Zəfər günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinə yük maşını və öz istehsalı olan qoşqu hədiyyə edib.

Hədiyyə edilən qoşqu 50 tona qədər yükgötürmə qabiliyyətinə malikdir və təkərli, tırtıllı zirehli texnikaların daşınması üçün nəzərdə tutulub. Onun çəkisi 13 ton, uzunluğu 15.45m, eni 3.4m və yerdən platformaya qədər olan məsafəsi 1.14m-dir.

1news.az-ın verdiyi xəbərə görə, STP Şirkətlər Qrupu daim dövlətimizin və ordumuzun yanındadır. Müəssisə müxtəlif məhsul istehsalını təmin edən avadanlıqları və sifarişçinin istəyinə uyğun həllər hazırlaya bilən mütəxəssis heyəti ilə daim Müdafiə Nazirliyinin yanında olub. Həmçinin şirkət bu günə kimi dəfələrlə öz texniki bilik və təcrübəsini Nazirliklə bölüşüb və gələcəkdə də bölüşməyə hazırdır.

Qeyd edək ki, STP Şirkətlər qrupu regionda ilk texnopark olmaqla kabel, elektrik avadanlıqları, alüminium və mis profillər, sendviç panellər, polimer borular, dəqiq mexaniki emal, qaynaq quraşdırma, ağır maşınqayırma, qaynar sinkləmə, qumlama və rəngləmə, metaləritmə və texniki qazların istehsalı kimi 30-dan çox istehsal sahələrini tərkibində birləşdirir. Müəssisənin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlər neft-qaz, energetika, inşaat, kənd təsərrüfatı kimi sahələrdə idxalın azalmasına istiqamətlənib.

Paylaş:
424

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər