MN: Azərbaycan Ordusu Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə adekvat tədbirlər görür – VİDEO
Ermənistan silahlı qüvvələri daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bunu Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib:
“Qarşı tərəfin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib”.
Mövzu ilə əlaqədar oxuyun:
Anar Eyvazov: Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır – VİDEO
Ermənistan hərbi bölmələri Kəlbəcər və Laçındakı döyüş postlarımıza hücum edib
Azərbaycan Ordusu təxribat törədən erməni hərbçiləri tərksilah edib