XİN: Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik

S.Xankişiyeva11:54 - 17 / 11 / 2021
XİN: Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 16 noyabr 2021-ci il tarixində dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan XİN-in yaydığı bəyanatda qeyd olunub:

“Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaqdır.

Allah Şəhidlərimizə rəhmət eləsin!”

Mövzu ilə əlaqədar oxuyun:

Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub – SİYAHI

Anar Eyvazov: Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır – VİDEO

Ermənistan hərbi bölmələri Kəlbəcər və Laçındakı döyüş postlarımıza hücum edib

Azərbaycan Ordusu təxribat törədən erməni hərbçiləri tərksilah edib

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər