Andrey Kortunov: Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq | 1news.az | Xəbərlər
Siyasət

Andrey Kortunov: Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq

S.Xankişiyeva11:29 - 19 / 11 / 2021
Andrey Kortunov: Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq

Rusiya-Azərbaycan Ekspert Şurasının formatı açıq diplomatiyanın bir növü kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir.

Düşünürəm ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsi hazırkı şəraitdə daha mühüm əhəmiyyət kəsb edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasına videoformatda qoşulan Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib.

Rus dilinin xalqlarımız arasında anlaşma dili olmasından məmnunluğunu ifadə edən Kortunov bildirib ki, Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq. Qafqaz xalqları öz qonaqpərvərlikləri ilə həmişə fərqləniblər.

Yüz illər ərzində Qafqazda qapalı sistem mövcud olub. Bu da çoxəsrlik problemlərdən biridir.

Qarşılıqlı münasibətlərdə konstruktivliyin əhəmiyyətindən danışan Andrey Kortunov obrazlı şəkildə deyib: “Azərbaycan və Rusiya zamanın və dünyanın axınında eyni gəmidə üzürlər”.

Dünyanın nəhəng güclərindən olan Çinin Rusiya və Azərbaycanla əlaqələrindən bəhs edən Kortunov qeyd edib ki, pandemiyadan sonra əməkdaşlıqda marağı olan ölkələr arasında münasibətlərin yeni dinamikası hiss olunur.

O, həmçinin deyib: “Region diqqət mərkəzində saxlanılmalıdır. Əməkdaşlığımız daha geniş olmalıdır”.

Paylaş:
418

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər