Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırdı
Fəaliyyətə başladığı gündən etibarən sosial layihələri ilə seçilən “Azercell Telekom” MMC 44 günlük Vətən müharibəsi dövründə canından keçən və böyük qəhrəmanlıq nümunəsi olan şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir.
10 ildən artıq müddətdir ki, Azercell şirkəti tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində ötən il olduğu kimi bu il də tələbə adını qazanmış şəhid övladlarına təqaüd təqdim olunur. Bununla yanaşı, şəhidlərin ali təhsil ocağına daxil olmuş həyat yoldaşları üçün də təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 300 manat məbləğində təqaüd ayrılıb. Azercell Telekom hər zaman qadınların cəmiyyətdə öz yerini tapmasına, peşəkar kadr kimi yetişməsinə xüsusi qayğı ilə yanaşır və bu təşəbbüslə onların inkişafına bir daha töhfə vermiş oldu.
Qeyd edək ki, siyahılar “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim olunub.
Xatırladaq ki, ötən il Azercell 44 gün davam edən Vətən Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, Azercell tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə 200 manat məbləğində təqaüdün verilməsi qərara alınıb.
Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Şirkət tərəfindən şəhid ailəsi himayəyə götürülüb, Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib. Böyük amallar uğrunda canını fəda edən hərbçilərimizin övladları üçün “Böyük Ürəklərdə Kiçik Xatirələr” layihəsi çərçivəsində psixoloji dəstək məqsədilə təlimlər təşkil edilib. Həmçinin balacaların öz qəhrəman ataları haqqında xatirələrindən ibarət kitab dərc olunub. Bundan əlavə, Şanlı Azərbaycan ordusuna sonsuz hörmətin təcəssümü kimi Qələbə Günü münasibətilə müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımızın istifadəsinə “Veteran tarifi” təqdim olunub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
Reklam hüququnda