Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə olunmur - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə olunmur - TƏBİB

S.Xankişiyeva12:52 - 20 / 11 / 2021
Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə olunmur - TƏBİB

Azərbaycanda koronavirusa görə ölüm faizində artım müşahidə olunmur.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, koronavirusdan ölüm hallarının azalıb-çoxalması əsasən infeksiyaya yoluxan və ölənlərin faiz nisbəti ilə götürülür:

"Ölüm halları xəstəliyin gedişatı ilə əlaqədardır. Hazırda koronavirusla bağlı ölüm hallarında artma müşahidə olunmur", -deyə Y.Qarayeva bildirib.

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər