Azərbaycan və Pakistan arasında ticarət əlaqələri müzakirə edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Pakistan arasında ticarət əlaqələri müzakirə edilib - FOTO

Qafar Ağayev17:22 - 23 / 11 / 2021
Azərbaycan və Pakistan arasında ticarət əlaqələri müzakirə edilib - FOTO

Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin artırılması imkanları müzakirə edilib.

1news.az xəbər verir ki, İslamabad Ticarət və Sənaye Palatasında (ICCI) Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov ilə Palatanın prezidenti Muhammad Shakeel Munir və idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir.

ICCI-nin prezidenti Muhammad Shakeel Munir ilk öncə ziyarətə görə səfir Xəzər Fərhadova təşəkkürünü ifadə edərək, Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən məmnunluğunu bildirib. ICCI-nin strukturu və fəaliyyəti haqqında məlumat verən prezident, Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin daha da artırılmasında ICCI-nin gələcək fəaliyyətindən danışıb.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasından söhbət açan səfir Xəzər Fərhadov iqtisadi-ticari əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bu xususda son aylar ərzində görülmüş işləri diqqətə çatdırmışdır. X.Fərhadov Azərbaycan – Pakistan arasında idxal-ixrac məhsullarının potensialından da söz açaraq bu istiqamətdə iş adamlarının aktiv rolunun əhəmiyyətini vurğulamış və Azərbaycan-Pakistan Birgə Komissiyası çərçivəsində, həm də iki ölkənin biznes dairələri arasında birbaşa müzakirələr nəticəsində konkret layihələrin müəyyənləşdirilərək əməli addımlar atılmasının vacibliyini qeyd edib.

Həmçinin görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından SOCAR-ın indiyə qədər Pakistana həyata keçirdiyi LNG tədarükünün əhəmiyyəti qeyd olunaraq bunun gələcəkdə davam etdirilməsinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
433

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər