Milli Məclisin nümayəndə heyəti Sankt-Peterburqa səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin nümayəndə heyəti Sankt-Peterburqa səfər edəcək

S.Xankişiyeva10:50 - 23 / 11 / 2021
Milli Məclisin nümayəndə heyəti Sankt-Peterburqa səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün noyabrın 24-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Səfərov, Anatoliy Rafailov, Rüfət Quliyev, Anar Məmmədov, Rasim Musabəyov, Tamam Cəfərova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin sədri təşkilatın Şura və plenar iclaslarında gündəlikdəki məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Səfər çərçivəsində nümayəndə heyətimiz səhiyyə xidmətlərinin hamını əhatə etməsi və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə təşkilatın gələcək fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.

Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri noyabrın 26-da başa çatacaq.

Paylaş:
369

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər