Birbank Rəqəmsal Mərkəzlərində bank xidmətlərini daha tez və rahat həyata keçirmək olar
Müştərilərə göstərilən xidmətlərinin operativ, çevik və keyfiyyətli həyata keçirilməsinə önəm verən Kapital Bank, bank xidmətlərinin rəqəmsallaşması istiqamətində müştərilərinə daim yeni xidmətlər təqdim edir.
Hazırda Bankın əsas prioritetlərdən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin, kredit əməliyyatlarının rəqəmsallaşmasıdır.
Təsadüfi deyil ki, cari il ərzində Kapital Bank-da istehlak kreditlərinin və BirKart taksit kartının rəsmiləşdirməsinin 52%-i məhz rəqəmsal kanallar vasitəsilə həyata keçirilib. Bu istiqamətdə fəaliyyətini genişləndirən Kapital Bank əhaliyə Birbank Rəqəmsal Mərkəzlərini təqdim edir. Bu mərkəzlər ənənəvi bank filialları ilə müqayisədə bir sıra üstünlüklərinə görə fərqlənirlər. Əsas üstünlüyü isə müştərilərin bank əməkdaşının iştirakı olmadan, özünəxidmət üsulu ilə bir çox xidmətlərdən yararlana bilməsidir.
Rəqəmsal Mərkəzlərin müştərilər üçün əsas üstünlükləri onlara, nağd pul kreditlərini və BirKart taksit kartını növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə əldə etmək imkanının yaradılmasıdır. Əlavə olaraq bu mərkəzlərdən istifadə edən müştərilər Bankın standart şərtlərində qeyd olunan tariflər üzrə (kreditlərin komissiyasında, faiz dərəcələrində və s.) bir sıra endirimlər əldə edə bilirlər.
Hazırda Bakı şəhərində 4 ünvanda Birbank Rəqəmsal Mərkəzləri fəaliyyət göstərir: Elmlər Akademiyası (Yasamal rayonu, 556/57-ci məhəllə, H. Cavid prospekti A), Memar Əcəmi (Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi, 80E), Həzi Aslanov (Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73) və İnşaatçılar (Yasamal rayonu, A. M. Şərifzadə küçəsi 162). Gələcəkdə bu mərkəzlərin sayı artırılmaqla yanaşı, təqdim edilən bank xidmətlərinin sayı da artırılacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Reklam hüququnda