Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub - FOTO

Qafar Ağayev13:39 - 26 / 11 / 2021
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub - FOTO

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində gənc fotojurnalist Maya Bağırovanın “Qara bağ” adlı fotosərgi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, komitənin dəstəyi ilə baş tutan sərgidə fotoqrafın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından çəkdiyi fotolar nümayiş etdirilib. Fotofaktlar əsasında işğaldan azad edlmiş Azərbaycan şəhər və kəndlərində yaşayış binalarının, şəxsi evlərin, muzeylərin, tarixi, dini və mədəniyyət abidələrinin erməni işğalçıları tərəfindən tamamilə darmadağın edildiyinə diqqət cəlb olunub. Çəkdikləri əsərlərdə daha çox ağ-qara rənglərə üstünlük verən fotoqraf fransız ictimaiyyətinə erməni vandallarının törətdikləri vəhşilikləri əyani olaraq göstərib.

Tədbir çərçivəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr edilmiş və 27 sentyabr – Anım Günündə işıq üzü görmüş “Qarabağ” adlı broşürlər ziyarətçilərə təqdim olunub.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil almış Maya Bağırova sonradan Nərgiz Xeyriyyə Fondunun dəstəyi ilə təhsilini Speos Paris Fotoqrafiya İnstitutunda davam etdirib. “Paris Match” jurnalı ilə əməkdaşlıq edən fotoqraf Fransada fotojurnalistika üzrə təhsilini təkmilləşdirib.

Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan Maya xanımın Azərbaycan və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdəki “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində Ermənistanın işğalçı siyasəti və etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş, öz vətənlərində qaçqın və məcburi köçkün durumunda yaşamağa məcbur olan azərbaycanlı uşaqların həyatı fransız ictimaiyyətinin nəzərinə çatdırılıb.

2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisi “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.

Paylaş:
366

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər