Sahibə Qafarova Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru ilə görüşüb

Qafar Ağayev09:31 - 26 / 11 / 2021
Sahibə Qafarova Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüqe ilə görüşüb.

1news.az xəbər verir ki, Milli Məclisin sədri Azərbaycanın ÜST ilə uğurlu əməkdaşlığından danışaraq, diqqətə çatdırıb ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən ÜST ilə əlaqələr müxtəlif istiqamətlərdə davam edir.

Spiker görüşdə Azərbaycanda "COVID-19"a qarşı mübarizə tədbirləri haqqında məlumat verib. O, həmçinin xatırladıb ki, Azərbaycan COVID-19-a qarşı vaksinlərə bərabər və ədalətli çıxış əldə etmək üçün səy göstərən ölkələrdən biridir. ÜST tərəfindən Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyasına qarşı mübarizəyə verdiyi yüksək qiymət ölkəmizin təşəbbüslərinin bütün dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir.

Sahibə Qafarova qeyd edib ki, ölkəmiz qısa müddət ərzində 30-dan çox ölkəyə və beynəlxalq təşkilata maliyyə və humanitar yardım göstərib, o cümlədən ÜST-yə 10 milyon dollar məbləğində könüllü yardım edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində keçirilən Türk Şurasının sammiti, həmin ilin mayında Qoşulmama Hərəkatının Zirvə görüşü və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təsdiqləyir ki, Azərbaycan qlobal problemlərin həlli üçün məsuliyyət daşımağa hazır olan güclü dövlətdir. Bu təşəbbüslər ölkəmizin beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüqe Azərbaycan parlamentinin başçısı ilə görüşməkdən məmnunluğunu bildirib. Büro direktoru Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələri və pandemiyanın aradan qaldırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Hans Klüqe bu prosesin indi də uğurla davam etdirilməsindən razılığını bildirib. O, pandemiya dövründə Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu tədbirlərin vəziyyətin cənab Prezidentin tam nəzarəti altında olduğunu göstərdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın COVİD-19-la qlobal mübarizəyə verdiyi dəstəyə görə, ölkəmizə təşəkkür edib.Qeyd edib ki, Azərbaycan bu qlobal pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ilk addımlar atan ölkələrdən biridir.

Sonra görüşdə digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
299

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər