“Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb - Prezidentdən SƏRƏNCAM
Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamda qeyd edilir ki, UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
732