Türkiyədə minimum əməkhaqqı artırıldı
"Türkiyədə 2022-ci il üçün minimum əməkhaqqı 1428 lirə artırılaraq 4 250 lirəyə çatdırılıb".
1news.az-ın Türkiyəyə KİV-lərinə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, gələn ildən etibarən minimum əməkhaqqı gəlir vergisindən azad ediləcək.
"Son 50 ildə minumum əməkhaqqına bu qədər artım olmayıb. Minumum əməkhaqqına artım 50 faiz səviyyəsində olub. Bəzi çətinliklərimiz var, amma tezliklə öhdəsindən gələcəyik. Son dövrlərdə məzənnədə baş verən dalğalanma və bunun nəticəsində qeydə alınan bahalaşmaya ən qısa zamanda son qoyulacaq. Yaxın zamanlarda həyata keçirəcəyimiz tədbirlərlərlə bunu reallaşdıracağımıza inanıram", - deyə R.T.Ərdoğan bildirib.