Azərbaycan və Britaniya minatəmizləmə sahəsində yeni sənəd imzalayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Britaniya minatəmizləmə sahəsində yeni sənəd imzalayıb - FOTO

Qafar Ağayev12:38 - 16 / 12 / 2021
Azərbaycan və Britaniya minatəmizləmə sahəsində yeni sənəd imzalayıb - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı Anlaşma Memorandumu imzalayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, sənəd çərçivəsində birgə hazırlanan təlim planına uyğun olaraq MAG QHT tərəfindən ANAMA-nın yeni sahə supervayzerlərinin hazırlanması üzrə xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, minalardan təmizləmə fəaliyyətinə məsləhət xidmətlərinin göstərilməsi də planlaşdırılır.

Yeniliklərə hər zaman açıq olan ANAMA bu dəfə də beynəlxalq təcrübəyə əsaslanaraq milli potensialın təkmilləşdirilməsində maraqlıdır. Bu sahə üzrə əldə edilmiş biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına öz müsbət töhfəsini verəcəkdir.

Bildirək ki, layihənin ölkəmizdəki icrası Amerika Birləşmiş Ştatları və Kanada dövlətlərinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

Həmçinin, memoranduma əsasən ANAMA-nın təlim ehtiyaclarının qiymətləndirilməsi, əsas nəzarətedici heyət üçün nəzəri və praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi gözlənilir.

ANAMA ilə MAG arasındakı əməkdaşlıq, eyni zamanda Azərbaycanda mövcud mina problemi miqyasının beynəlxalq donor icmalarına çatdırılması istiqamətində dəstək olacaq. MAG QHT humanitar minatəmizləmə, təhlükəsiz mühitin yaradılması və münaqişədən zərərçəkən icmalarla əlaqə üzrə dünyanın 29 ölkəsində fəaliyyət göstərir.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində ANAMA ilə MAG arasında humanitar minatəmizləmə fəaliyyətində texniki dəstəyin göstərilməsi üzrə əməkdaşlıq edilib.

Paylaş:
471

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər