Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı

Qafar Ağayev10:27 - 20 / 12 / 2021
Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı

Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, fərmana əsasən, Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manatdan 70 manata qaldırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər