“İnsanlarımızın həyat tərzinin, sosial rifahının yaxşılaşdırılması dövlətin prioritet sahələrindədir” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“İnsanlarımızın həyat tərzinin, sosial rifahının yaxşılaşdırılması dövlətin prioritet sahələrindədir” - Deputat

Qafar Ağayev16:27 - 21 / 12 / 2021
“İnsanlarımızın həyat tərzinin, sosial rifahının yaxşılaşdırılması dövlətin prioritet sahələrindədir” - Deputat

“Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar əhalimiz tərəfindən çox böyük rəğbətlə qarşılandı”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etməsini təmin etməkdədir. İmzalanan sərəncamlar bütün kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına, onların daha yaxşı yaşamasına və onların gəlirlərinin artmasına birbaşa xidmət etməkdədir. İmzalanmış yeni fərman və sərəncamlarla, müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında 2021-ci il 16 oktyabr sərəncamına əsasən reallaşmaqdadır. Yeni ildən tətbiq ediləcək bu qərarları icra etmək üçün 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək. Yeni fərman və sərəncamlar, müavinət və təqaüdlərin artımı demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edir. Əlilliyi olan şəxslər müxtəlif dərəcələrə görə və onlara qulluq edən şəxslərin də müavinətləri artırılır. Həmçinin ailə başçını itirməyə görə, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, 5-dən çox uşağı olan qadınlar, aztəminatlı ailələr, bir sözlə, qayğıya ehtiyacı olan bütün kateqoriyadan olan insanlar bu sərəncamlar və fərmanlar vasitəsilə əhatə olunub”.

“Dövlət başçısının imzaladığı yeni fərman 132 min doktoran və tələbəni əhatə edərək, müavinət və təqaüdlərin artırılmasını təmin edəcəkdir” – deyə, deputat əlavə edib:

“Cənab Prezident İlham Əliyevin imzaladığı bu fərmanlar, sərəncamlar onu deməyə imkan verir ki, Azərbaycan dövləti həmişə olduğu kimi sosial yönümlü siyasət həyata keçirir. İnsanlarımızın həyat tərzinin, sosial rifahının yaxşılaşdırılması dövlətin prioritet sahələrindədir. 2022-ci ildə bu fərman və sərəncamlar icra olunacaq. Növbəti illərdə də vətəndaşlarımızın daha daha yaxşı yaşaması və dövlətimizin əldə etdiyi gəlirlərin vətəndaşlar arasında bərabər bölünməsinin təminatı ədalətli şəkildə həyata keçiriləcək”.

Paylaş:
459

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər