Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

Qafar Ağayev16:47 - 21 / 12 / 2021
Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Braziliya qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən 1news.az-a bildirilib ki, on bir ayda Rusiyaya 763,7 milyon dollar, Türkiyəyə 587 milyon ABŞ dolları, İsveçrəyə 204,5 milyon dollar, Gürcüstana 143,3 milyon dollar, Braziliyaya isə 70,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər