Bakıda Azərbaycan-Türkiyə Enerji Forumu keçirilir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-Türkiyə Enerji Forumu keçirilir – FOTO

S.Xankişiyeva14:40 - 22 / 12 / 2021
Bakıda Azərbaycan-Türkiyə Enerji Forumu keçirilir – FOTO

Bu gün Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər