300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş işəgötürənlərə xəbərdarlıq edilib - Nazirlik | 1news.az | Xəbərlər
İqtisadiyyat

300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş işəgötürənlərə xəbərdarlıq edilib - Nazirlik

S.Xankişiyeva12:18 - 07 / 01 / 2022
300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş işəgötürənlərə xəbərdarlıq edilib - Nazirlik

Ölkəmizdə minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlikdə keçirilən Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2021-ci ilə dair fəaliyyətinin yekunlarına və Xidmətin qarşısında duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Sərəncamları ilə ölkəmizdə əməkhaqqı sisteminin inkişafında ciddi irəliləyişə nail olunduğunu vurğulayıb. O, 2019-cu ilin əvvəlində 130 manat təşkil edən minimum əməkhaqqının son 3 ildə 2,3 dəfə artırılaraq 300 manata çatdırıldığını, bu il üçün yaşayış minimumunu (210 manat) 43 faiz üstələdiyini bildirib.

İclasda iş yerlərində minimum əməkhaqqının 300 manatdan az olmaması üçün ciddi nəzarətin həyata keçirilməsinin, bununla bağlı işçilərin əmək hüquqlarının qorunmasının vacibliyi qeyd edilib.

Yeni tədbirlər planı əsasında bu istiqamətdə aparılan işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə elektron nəzarət olunur. Əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub.

Altsistemdə əmək müqaviləsində minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının qeyd olunmasına məhdudiyyət tətbiq olunub. Bu il yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrində artıq yeni ilin ilk günündən müvafiq düzəlişlər edilməsi üçün elektron sistem vasitəsilə aidiyyəti işəgötürənlərə xəbərdarlıq mesajı da çatdırılıb.

İclasda əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də əmək münasibətləri sahəsində inzibati xətaların elektron informasiya sistemləri vasitəsilə aşkarlanması, həmin xətalarla bağlı e-qaydada inzibati icraatın tətbiqi sahəsində görülmüş işlər və Xidmətin qarşısında duran vəzifələr müzakirə olunub.

Paylaş:
565

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər