Türk Dövlətləri Təşkilatı Qazaxıstana güclü dəstəyini və həmrəyliyini bir daha təsdiqləyib – BƏYANAT | 1news.az | Xəbərlər
Siyasət

Türk Dövlətləri Təşkilatı Qazaxıstana güclü dəstəyini və həmrəyliyini bir daha təsdiqləyib – BƏYANAT

S.Xankişiyeva14:25 - 11 / 01 / 2022
Türk Dövlətləri Təşkilatı Qazaxıstana güclü dəstəyini və həmrəyliyini bir daha təsdiqləyib – BƏYANAT

Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclası başa çatıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev çıxış ediblər.

İclasın sonunda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının adından bəyanat qəbul olunub.

Bəyanatda Qazaxıstanda baş verən hadisələrdə həyatını itirənlərə başsağlığı verilib və yaralananların tezliklə sağalmasını arzulanıb. Təşkilatın üzvü olan Qazaxıstana və onun qardaş xalqına güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanda sülh və sabitliyinin vacibliyi vurğulanıb. İnsan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktlarını pislənilib. Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inam vurğulanıb. Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət edilməsinin vacibliyi qeyd edilib, Qazaxıstan hökumətinin Konstitusiya quruluşunu devirməyə yönəlmiş terrorçulara, ekstremistlərə, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib. Eyni zamanda, “Türk Dünyasına Baxış 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqətə çəkilib. Təşkilat hazırki böhrandan çıxmaq üçün lazım gələrsə Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Habelə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş Qazaxıstan xalqının güzəranının və rifahının daha da yüksəlişinə yönəlmiş islahat gündəliyi dəstəklənib.

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası bu məsələdə sıx əməkdaşlığı və məsləhətləşmələri davam etdirməyi qərara alıb.

Mövzu ilə əlaqədar oxuyun:

Fikrət Sadıxov: Təxribatlar 20 Yanvar hadisələri zamanı Bakıda da olub, bu gün də Qazaxıstanda mövcuddur

KTMT kollektiv ordusunun Qazaxıstana yeridilməsi: terrorçulardan müdafiə yoxsa suverenliyin itirilməsi?

Qazaxıstanda matəm elan olunub

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanılıb

Paylaş:
410

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər