Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib

S.Xankişiyeva09:30 - 11 / 01 / 2022
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı qərar Rəsmi Gazete-də dərc olunub.

Məlumatda bildirilir ki, qaz tədarükünün uzadılması haqqında memorandum Türkiyə Prezindenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib.

Qeyd olunub ki, memorandum 2021-ci ilin dekabrın 22-də Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər