KTMT kontingenti 2 gündən sonra ölkədən çıxarılacaq - Tokayev | 1news.az | Xəbərlər
Dünya

KTMT kontingenti 2 gündən sonra ölkədən çıxarılacaq - Tokayev

10:53 - 11 / 01 / 2022
KTMT kontingenti 2 gündən sonra ölkədən çıxarılacaq - Tokayev

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin əsas missiyası başa çatıb. İki gündən sonra kontingentin Qazaxıstandan mərhələli şəkildə çıxarılmasına başlanılacaq.

1news.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

O, qoşunların çıxarılmasının 10 günə başa çatacağını əlavə edib.

Xatırladaq ki, son hadisələrlə bağlı Qazaxıstana üzvü olduğu KTMT-nin Rusiya, Belarus, Tacikistan, Ermənistan və Qırğızıstandan olan sülhməramlı kontingenti yerləşdirilib.

1news.az

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər