Dünyada davam edən inflyasiya böhranına Azərbaycan necə reaksiya verir? – Deputatdan açıqlama | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyada davam edən inflyasiya böhranına Azərbaycan necə reaksiya verir? – Deputatdan açıqlama

Qafar Ağayev17:55 - 21 / 01 / 2022
Dünyada davam edən inflyasiya böhranına Azərbaycan necə reaksiya verir? – Deputatdan açıqlama

Dünyada davam edən inflyasiya böhranı günü-gündən dərinləşir. İnflyasiyanın qarşını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycanda da inflyasiyanın təsirlərini azaltmaq üçün müxtəlif tədbirlər görülür.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, hal-hazırda dünya iqtisadiyyatının subyektlərində məhz pandemiyanın gətirdiyi xoşagəlməz, neqativ fəsadlar özünü göstərməkdədir:

“Dünyada gedən tendensiyaların biri də bahalaşma ilə bağlıdır. Pandemiya zamanı məhdudiyyətlərin tətbiq edilməsi eyni zamanda iqtisadi subyektlərin bağlanmasına səbəb olurdu. Bu da işsizlik problemini daha da qabarıq olaraq ortaya qoyurdu. Bununla yanaşı olaraq, o da müşahidə olunmağa başladı ki, dünyada qiymətlər artmağa başladı. Dünya iqtisadiyyatında baş verən hadisə heç şübhəsiz ki, Azərbaycana da öz təsirini göstərdi. Bununla əlaqədar olaraq cənab Prezident də yerli media nümayəndələri ilə görüşdə iqtisadi sahədə olan bir çox məsələlərə toxundu”.

Azərbaycanda bahalaşmanın qarşısını almaqla bağlı Nazirlər Kabineti yanında İşçi Qrupunun yaradıldığını xatırladan M.Əfəndiyev sözügedən Qrupun hazırda əsas iqtisadi dairələrdə məsləhətləşmələr apardıını qeyd edib:

"Bu İşçi Qrupu hökumətin bu günə qədər qəbul etdiyi qərarları nəzərdən keçirir və yeni qərarların qəbul edilməsi ilə bağlı da işlər görür. Düşünürəm ki, qiymət artımı dünyada baş verən proses olduğundan Azərbaycan da bu prosesləri yaxından izləməli, istər yerli imkanlarını, istərsə də iqtisadiyyatda aparılan istiqamətləri tam olaraq nəzarətdə saxlamalıdır”.

Deputat bildirib ki, süni qiymət artımına yol vermək olmaz:

“Süni qiymət artımı ilə ciddi mübarizə aparmaq lazımdır. Nazirlər Kabineti yanında formalaşmış İşçi Qrupu bu məsələni də nəzarətdə saxlayacaq və süni qiymət artıranlarla bağlı da tədbir görüləcək”.

Paylaş:
611

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər