Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödəniləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödəniləcək

S.Xankişiyeva09:52 - 09 / 02 / 2022
Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödəniləcək

Fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, bu ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək. Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardım rüblər üzrə bölünəcək və yardımın ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Mövzu ilə əlaqədar oxuyun:

Əmək pensiyaları artırılır – SƏRƏNCAM

Prezidentin imzaladığı Sərəncam pensiyaçıların 92%-ni əhatə edəcək - Nazirlik

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər