Azərbaycan XİN-dən Paşinyanın açıqlamalarına CAVAB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN-dən Paşinyanın açıqlamalarına CAVAB

Qafar Ağayev11:55 - 10 / 02 / 2022
Azərbaycan XİN-dən Paşinyanın açıqlamalarına CAVAB

“Maraqlıdır ki, hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlı barədə hər hansı məlumatı təqdim etmək üçün Ermənistanın 30 il gözləməyinin səbəbi nə olub?”

1news.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Azərbaycanlı itkin düşmüş şəxslərin qalıqlarının verilməsi ilə bağlı açıqlamasına münasibət bildirilməsinə dair KİV-in sualını cavablandırarkən bildirib.
Leyla Abdullayeva deyib:
“Bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olumuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır.
Xatırlatmaq istərdik ki, Azərbaycan 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən və hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş minlərlə azərbaycanlı haqqında Ermənistan tərəfindən hər hansı məlumat verilmədiyi bir halda, 1700-dən çox erməni hərbçisinin cəsədini humanizm prinsiplərindən çıxış edərək qarşı tərəfə təhvil verib.
Qeyd etmək istərdik ki, Azərbaycan tərəfi itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayır və hələ də taleyi barədə hər hansı məlumat olmayan 3700 dən çox azərbaycanlı barədə, o cümlədən kütləvi məzarlıqların yerinin müəyyən olunması üçün bu məsələdə bilavasitə məsuliyyət daşıyan Ermənistan tərəfinin növbəti 30 il susqunluğuna icazə verməyəcək” - L.Abdullayeva qeyd edib.

Paylaş:
814

Son xəbərlər

DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36
Bütün xəbərlər