Naqif Həmzəyev: Qarabağ təkcə Azərbaycanın deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevrilir | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: Qarabağ təkcə Azərbaycanın deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevrilir

Qafar Ağayev13:20 - 17 / 02 / 2022
Naqif Həmzəyev: Qarabağ təkcə Azərbaycanın deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevrilir

“Bu gün Azərbaycan işğaldan azad edilən torpaqlarında yenidənqurma, tikinti-quruculuq işləri aparır, azğın düşmənin xarabalığa çevirdiyi şəhər, kənd və qəsəbələrin üzərində düşmənə gözdağı verəcək möhtəşəm tikililər yaradır”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

“Tezliklə tarixi Zəfərimizə şahidlik edən edən bütün dünya Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında yenidən qurulan şəhər və rayonlarda genişmiqyaslı quruculuq tədbirlərinin vüsət almasına, böyük Qayıdışa, ölkəmizin iqtisadi qüdrətinə şahidlik edəcək”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevral ayının 13-də Ağdam və Ağcabədi rayonlarına səfəri bu reallığı bir daha təsdiqləyir.

“Ölkə Başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edir, bütün layihələrin icrasına şəxsən nəzarət edir, sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin edib açılışını edib, xeyir-duasını verir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir. Bütün proseslər, işğaldan azad edilən rayon, şəhər, kənd və qəsəbələrin bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində əsl sahiblərinin qayıtdığını bu torpaqlar yenidən qurulsun”.

Deputat qeyd edib ki, işğaldan azad edilən rayonlarımızın yenidən qurulması ilə bağlı hazırlanan baş planlar Ağdamdan başlayaraq, quruculuğun baş meydanına çevrilib. İlk olaraq Ağdamın Baş planı təqdim edilib və bu gün həmin plana uyğun işlər sürətlə davam etdirilir.

“ Möhtərəm Prezident, Ali Baş Komandanın Ağdama 3-cü səfəri çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak edib. Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi Azərbaycanın elektroenergetika tarixində bir ilkdir. Yəni ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Azad edilmiş torpaqlarda inşa edilən yarımstansiyaların sayı 9-a çatdırılıb. Sonra Prezident Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək 2 müəssisənin, Ağdam Rayon Mərkəzi Xəstəxanasının, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub”.

“Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması öndə gəlir” – deyə, deputat əlavə edib:

“Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq, öz dədə-baba ocaqlarına, yurd-yuvalarına qayıdan ağdamlılar işlə təmin olunacaqlar. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük marağın göstərilməsi də qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Dövlət Başçısı Ağdamda iş adamlarına da çağırış etdi, sahibkarları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda güzəştli kreditlər verilir”.

N.Həmzəyev bildirib ki, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur.

“Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb.

“Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir, onu görəcəklər” ölkə Prezidentinin səfər çərçivəsində söylədiyi bu sözlər erməni işğalcılarının əməllərinin bir daha dünyaya bəyanı oldu”.

“Bir sözlə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın yenidən çiçəklənməsi, artan potensial, Qarabağın təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevrilməsi Azərbaycanın sürətli inkişafına yeni bir stimul verir – deputat bildirib.

Paylaş:
596

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər