Kürdəmir sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmir sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb - FOTO

Qafar Ağayev09:19 - 17 / 02 / 2022
Kürdəmir sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb - FOTO

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşların keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Tural Rasulov yaşadığı evin yaxınlığında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əynində olan gödəkçənin cibindən bir ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində isə T.Rasulovun kənd ərazisində yetişən böyürtkən kollarının arasında gizlətdiyi təmiz çəkisi 3 kiloqram 50 qram olan marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğunu və qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
268

Son xəbərlər

Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 1Bu gün, 14:21Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37
Bütün xəbərlər