Laçından yan keçməklə tikilən avtomobil yolu iyuna qədər istifadəyə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçından yan keçməklə tikilən avtomobil yolu iyuna qədər istifadəyə veriləcək

S.Xankişiyeva14:15 - 22 / 02 / 2022
Laçından yan keçməklə tikilən avtomobil yolu iyuna qədər istifadəyə veriləcək

“Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.

“Artıq 28 km-lik yolun 17 km-i çəkilib, Həkəri çayının üzərində bir körpü tikilib”, - deyə o, qeyd edib.

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər