İlham Əliyev: Azərbaycan dinc gələcək əzmindədir, bizə müharibə lazım deyil
Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir, bizə müharibə lazım deyil, o, bizə heç vaxt lazım olmayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı deyib: “Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər”.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan və Rusiya Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - FOTO
Azərbaycan və Rusiya Prezidentləri arasında təkbətək görüş olub – YENİLƏNİB