Putin UEFA-nı hədələdi | 1news.az | Xəbərlər
Futbol

Putin UEFA-nı hədələdi

13:26 - 25 / 02 / 2022
Putin UEFA-nı hədələdi

Çempionlar Liqasının final oyununun Rusiyadan alınması UEFA-ya baha başa gələ bilər.

1news.az Qol.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin UEFA-nın rəhbəri Aleksander Çeferinə xəbərdarlıq edib.

O, qitənin ali futbol qurumu mayda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ÇL-in final matçını başqa ölkəyə verəcəyi təqdirdə "Qazprom” şirkəti UEFA-nın sponsorluğundan imtina edəcəyini bildirib.

Bu da qurumun mövsümdə 40 milyon avroluq gəlirdən məhrum olması deməkdir. "Qazprom" eyni zamanda daha əvvəl mayın 28-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan final görüşünün stadionunun sahibidir.

Qeyd edək ki, bu gün UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Çempionlar Liqasının final matçı başqa ölkəyə veriləcəyi gözlənilir.

1news.az

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər