Rusiya silahlıları Kiyevin qərb çıxışını bağlayıb | 1news.az | Xəbərlər
Dünya

Rusiya silahlıları Kiyevin qərb çıxışını bağlayıb

Qafar Ağayev17:36 - 25 / 02 / 2022
Rusiya silahlıları Kiyevin qərb çıxışını bağlayıb

Rusiya desantları Kiyev yaxınlığındakı Qostomel aerodromunu ələ keçirib və Rusiya Hərbi-Desant Qoşunlarının əsas hissələri ilə birləşərək Ukrayna paytaxtının qərb çıxışını bağlayıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"Fevralın 24-də Qostomel aerodromunun ələ keçriilməsi üçün uğurlu əməliyyat keçirilib və Ukrayna xüsusi bölmələrinin tərkbində 200-dən çox millətçi məhv edilib, Rusiya tərəfdən itkilər yoxdur", - deyə o bildirib.

O əlavə edib ki, Rusiya hərbçiləri Kiyevin yaşayış məhəllələrinə zərbələr endirməyəcək.

Paylaş:
1050

Son xəbərlər

Bütün xəbərlər