Ukraynada məhbuslar döyüş üçün azadlığa buraxılır | 1news.az | Xəbərlər
Dünya

Ukraynada məhbuslar döyüş üçün azadlığa buraxılır

14:17 - 28 / 02 / 2022
Ukraynada məhbuslar döyüş üçün azadlığa buraxılır

Ukraynada döyüş təcrübəsi olan bir sıra məhkumlar azadlığa buraxılacaq.

1news.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski növbəti videomüraciətində açıqlayıb.

"Mənəvi cəhətdən asan olmayan bir qərar verildi. Hərbi vəziyyət şərtlərində hərbi əməliyyat iştirakçıları, real döyüş təcrübəsi olan ukraynalılar həbsdən azad olunacaq və öz günahlarını yuya biləcəklər. Bir sıra məhkuma qarşı tətbiq edilən bütün sanksiyalar götürülür", - deyə Zelenski söyləyib.

1news.az

Paylaş:
1046

Son xəbərlər

Bütün xəbərlər