Rusiya KİV-lərinin saytına hücum edildi | 1news.az | Xəbərlər
Dünya

Rusiya KİV-lərinin saytına hücum edildi

15:59 - 28 / 02 / 2022
Rusiya KİV-lərinin saytına hücum edildi

Rusiyanın bir sıra KİV-ləri və dövlət strukturlarının saytları "Anonymous" haker qruplaşması tərəfindən kiberhücuma məruz qalıb.

1news.az xəbər verir ki, TASS agentliyi, "İzvestiya", "Kommersant", RBK, "Forbes", "Pravo.ru" və digər agentliklərin saytları işləmir.

Bundan başqa, bir sıra Belarus nəşrinin saytlarının da hücuma məruz qaldığı bildirilib.

1news.az

Paylaş:
1402

Son xəbərlər

Nazir hesabat verdi

Bu gün, 12:36
Bütün xəbərlər