Şoyqu: “Rusiya Ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək” | 1news.az | Xəbərlər
Siyasət

Şoyqu: “Rusiya Ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək”

13:56 - 01 / 03 / 2022
Şoyqu: “Rusiya Ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək”

Ukraynadakı əməliyyatın əsas məqsədi Rusiya Federasiyasını Qərbdən gələn təhlükədən qorumaqdır.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya Ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Nazir bildirib ki, Ukrayna tərəfi yaşayış binalarının həyətlərində, məktəblərin və uşaq bağçalarının yaxınlığında çoxsaylı reaktiv yaylım atəş sistemləri, silahlar və iriçaplı minaatanlar yerləşdirir, dinc sakinlərdən canlı qalxan kimi istifadə edir.

1news.az

Paylaş:
1141

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər